Çin Tibetə 2 min hərbiçi göndərdi

13:48 - 8 Yanvar 2025 - DÜNYA

Çin silahlı qüvvələri dağıdıcı zəlzələnin baş verdiyi Tibet Muxtar Bölgəsindəki  fəlakət zonasına 2 minə yaxın adam göndərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Qərb Bölgəsi Döyüş Komandanlığından məlumat verilib.

Hərbi dairənin "WeChat" sosial şəbəkəsindəki səhifəsində bildirilir ki, yüksək seysmik aktivliyin baş verdiyi Şiqatse şəhərinə 1,6 mindən çox əsgər və zabit, o cümlədən 380-dən çox milis gəlib.
Onlar dərhal axtarış-xilasetmə işlərinə başlayıblar.

Xəbər xətti