Koreya Respublikasının Milli Assambleyası təkrar səsvermədə səkkiz qanun layihəsini, o cümlədən Prezident Yoon Sok Yeolun qiyamda şübhəli bilinməsi və birinci xanımın qiymətli kağızlar fırıldaqçılığında şübhəli bilinməsi ilə bağlı araşdırma aparmaq üçün iki ayrı təşəbbüsü rədd edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Vetodan istifadə edildikdən sonra təkrar səsvermə zamanı 300 səsdən ən azı 200-ü toplanmalıdır. Prezidentin Vətəndaş Qüvvələri partiyası 108 yerə nəzarət edir.
Hərbi vəziyyət hadisələrinin xüsusi araşdırılması haqqında” qanun layihəsinin lehinə 198 deputat çıxış edib, 101 deputat əleyhinə çıxıb, daha biri bitərəf qalıb.
Birinci xanımın istintaqının lehinə 196 deputat, əleyhinə isə 103 deputat səs verib. Digər səsvermə isə etibarsız sayılıb.