Turistlər üçün Comolanqmaya giriş bağlandı

10:59 - 7 Yanvar 2025 - DÜNYA

Çin hakimiyyəti çərşənbə axşamı ölkənin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar dünyanın ən hündür dağı Comolanqmada (Everest) istirahət zonasına turistlərin gəlməsinə müvəqqəti qadağa qoyub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Bildirilir ki, Tinqri mahalındakı dağ kurortunda yerləşən otellərə və ətraf infrastruktura ziyan dəyməyib.
Bütün istirahət edənlərin və işçilərin təhlükəsiz olduğu bildirilir.

Comolunqma Çin-Nepal sərhədində yerləşir və hündürlüyü 8848 metrə çatır.
Rəsmi məlumatlara görə, 2024-cü ildə Çindən təxminən 13,7 min turist dağa baş çəkib - əvvəlki illə müqayisədə iki dəfə çox.

Xəbər xətti