Dollar satışı 3 dəfəyə yaxın artıb

10:50 - 7 Yanvar 2025 - İQTİSADİYYAT

2024-cü ilin dekabr ayında Mərkəzi Bank tərəfindən təşkil olunan valyuta hərraclarında Dövlət Neft Fondu tərəfindən 634,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Ucnoqta.az Fonda istinadən xəbər verir ki, bu, 2023-cü ilin dekabrı ilə müqayisədə 3,2 dəfə çoxdur.

Ümumilikdə 2024-cü il ərzində Neft Fondunun dollar satışı 7 milyard 128,5 milyona bərabər olub. Bu isə 2023-cü illə müqayisədə 2,65 dəfə çoxdur.

Xəbər xətti