İdmançıların hücum etdiyi şəxs DSX mayorudur - FOTO

19:19 - 5 Yanvar 2025 - Cəmiyyət

Dünən saat 3 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident  törətməsi barədə məlumatlar yayılıb. 

Ucnoqta.az xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən — Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıb. 

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Elnur Həmidov və Elçin Hüseynov kikboksinqdə məşqçi işləyir. Elvin Məmmədov isə boks müəllimidir.

Prosport.Az-ın məsələ ilə bağlı araşdırmasına görə, zərərçəkmiş şəxs Dövlət Sərhəd Xidmətinin mayoru, kikboksinq müəllimi, Əməkdar məşqçi və Əməkdar İdman ustası Fuad Zeynalov olub. Hadisə Xətai rayon prokurorluğunun yanında yerləşən "Yavan" restoranının yaxınlığında baş verib. O, restorandan çıxarkən sözügedən şəxslər ona hücum edib.


Xəbər xətti