“Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində sənədləri korlanmış yaralı sərnişinlərə səyyar "ASAN xidmət" göstərilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ASAN Xidmət məlumat yayıb.
DİN əməkdaşlarından ibarət birgə operativ səyyar qrup formalaşdırılıb.
Yeni Klinika tibb müəssisəsində müalicə alan yaralılara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilib.