Neft qiymətləri artıb.
Ucnoqta.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin kotirovkaları 0,91 dollar (1,2%) artaraq 1 barelə görə 74,17 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərraclarda WTI markalı neftin fevral fyuçerslərinin qiyməti 0,98 dollar (1,4%) artaraq bir barelə görə 70,6 dollara çatıb.