ABŞ “Gürcü arzusu”nun yaradıcısına qarşı sanksiyalar tətbiq edib
Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət katibi Antoni Blinken yazılı açıqlamasında deyib. Bildirilir ki, Maliyyə Nazirliyi Gürcüstanın hakim partiyası olan "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.
ABŞ İvanişvilini Rusiya Federasiyasının maraqları naminə Gürcüstanın demokratik və Avroatlantik gələcəyinə zərbə vurmaqda ittiham edir.