Müxalifətin yeni parlament seçkilərinə nail olmaq üçün resursları yoxdur - Kobaxidze

03:08 - 27 Dekabr 2024 - DÜNYA

“Parlament baş tutdu, hökumət seçildi, üç gündən sonra seçilmiş prezident andiçmə mərasimi keçiriləcək, deməli, hər şey bitdi".

Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze cümə günü axşam İmedi televiziya şirkətinin efirində deyib.

Kobaxidze hesab edir ki, müxalifətin yeni parlament seçkilərinə nail olmaq üçün resursları yoxdur.

"Radikal müxalifət də bunu başa düşür və gözləməliyik ki, artıq fevral ayında parlamentdə müxalifət deputatlarını görəcəyik”.

O qeyd edib ki, parlamentə daxil olan müxalifət partiyaları dövlətdən maliyyə almaqdan imtina etməyiblər və bu, onların oktyabrda keçirilən parlament seçkilərini legitim tanımasına birbaşa sübutdur.

Xəbər xətti