Dünya çempionu dopinqə görə diskvalifikasiya olunub

11:49 - 26 Dekabr 2024 - İDMAN

Rusiya millisinin tərkibində bandi üzrə üçqat dünya çempionu Almaz Mirqazov Beynəlxalq Bandi Federasiyası tərəfindən dopinq qəbul etdiyinə görə 2,5 il müddətinə diskvalifikasiya edilib.

Ucnoqta.az xəbər verir ki, bunu TASS-a daxil olan sənədlər sübut edir.

Mirqazovun dopinq-testində qadağan olunmuş ostarin maddəsi aşkar edilib.
İdmançı 21 sentyabr 2023-cü ildən 2026-cı il martın 20-dək diskvalifikasiya olunur.

Mirqazovun 32 yaşı var, 2016, 2018 və 2019-cu illərdə dünya çempionudur. 2022/23 mövsümündə Mirqazov Moskva "Dinamo"sunda çıxış edib.

Xəbər xətti