MDB sammitinin gündəliyi yoxdur - Peskov

13:33 - 25 Dekabr 2024 - DÜNYA

MDB-nin Leninqrad vilayətində keçirilən sammiti qeyri-rəsmi xarakter daşıyır.

Ucnoqta.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə jurnalistlərə açıqlamasında bildirib ki, ölkə liderləri onları maraqlandıran məsələlər üzrə fikir mübadiləsi apara bilərlər.

“Bu qeyri-rəsmi sammitdir, onun sabit gündəliyi yoxdur. Bir qayda olaraq, dövlət başçıları bu fürsətdən birliklə bağlı cari məsələlər ətrafında fikir mübadiləsi aparmaq, regional vəziyyəti və ikitərəfli münasibətləri müzakirə etmək üçün istifadə edirlər” - Peskov qeyd edib.

Xəbər xətti