Rusiyanın “Ursa Major” (latınca “Böyük Ayı”) yük gəmisi İspaniyanın Mursiya muxtar icması ilə Əlcəzair arasında beynəlxalq sularda qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “El Español” qəzeti məlumat yayıb.
Məlumata görə, qəza gəminin mühərrik otağında baş verən partlayışdan sonra baş verib.
14 ekipaj üzvü xilas edilərək Kartagena limanına aparılıb, 2 nəfər itkin düşənlər siyahısındadır.
Aydınlaşdırılır ki, gəmi təxminən iki həftə əvvəl Sankt-Peterburqdan çıxıb və yanvarın 22-də gəlməli olduğu Vladivostok limanına gedirmiş.
Ursa Major 2009-cu ildə inşa edilmiş yük gəmisidir.