Gürcüstan parlamenti yaxınlığında keçirilən etiraz aksiyası dinc başa çatıb

00:08 - 16 Dekabr 2024 - DÜNYA

Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binası yaxınlığında keçirilən növbəti etiraz aksiyası insidentsiz başa çatıb, etirazçılar Rustaveli prospektini tərk edirlər.

Ucnoqta.az-ın məlumatına grə, bu barədə TASS müxbiri xəbər verir.

Gün ərzində müxtəlif peşə sahibləri hakimiyyətin hərəkətlərinə etiraz olaraq Tbilisi küçələrində yürüşlər keçirib, axşam saatlarında isə parlamentin yaxınlığında etirazçılara qoşulub.
Aksiya bütün son günlərdə olduğu kimi dinc şəraitdə keçirilib. Hazırda onun iştirakçılarının demək olar ki, hamısı qanunverici orqanın qarşısındakı ərazini tərk edərək evlərinə gedirlər.

Xəbər xətti