Qvardiola "Mançester Siti"nin məğlubiyyətindən DANIŞDI

00:04 - 16 Dekabr 2024 - İDMAN

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının (APL) 16-cı turunda "Mançester Yunayted"ə uduzduqları oyundan (1:2) sonra heç bir bəhanəsinin olmadığını deyib.

Ucnoqta.az xəbər verir ki, onun sözlərini BBC sitat gətirir.

“Mən kifayət qədər yaxşı deyiləm. Mən boss və məşqçiyəm, həll yollarını tapmalıyam, amma hələ bunu etməmişəm. Deməli, reallıq budur. “Mançester Siti” daha yaxşı oynamaq və şanslar yaratmaq istəyir. Amma hələlik bu mümkün deyil”, - mütəxəssis bildirib.

Bu məğlubiyyətdən sonra "Mançester Siti" 27 xal toplayaraq Premyer Liqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
“Yunayted” 5 xal az və 12-ci yerdədir.

Xəbər xətti