Cənubi Koreya polisi hərbi kəşfiyyat komandanlığının rəhbəri Mun San Ho və onun bu vəzifədəki sələfi No San Vonu hərbi vəziyyətlə əlaqədar baş verən iğtişaşlarda iştirak etməkdə şübhəli bilinərək, heç bir order olmadan həbs edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Bildirilir ki, Hərbi Kəşfiyyat Komandanlığının üzvləri dekabrın 3-də, hərbi vəziyyət elan olunandan iki dəqiqə sonra Mərkəzi Seçki Komissiyasının binasına gəliblər.
Polis hesab edir ki, general ondan əvvəldən xəbər tuta bilərdi və hərbçilərin göndərilməsi əmrini verə bilərdi.