“Dolma bişirməyi yaxşı bacarıram”.
Ucnoqta.az olay-a istinadla xəbər verir ki, bu sözləri Nigar Camal “Sabahın xeyir Azərbaycan!” verilişində deyib.
Müğənni bildirib ki, ev işləri ilə məşğul olmağı çox sevir:
“Ev işlərini görməyi çox sevirəm. Ümumiyyətlə, evdə oturmaqdan xoşum gəlir. Evdə yemək bişirməyi sevirəm. Bu mənə rahatlıq və xoşbəxtlik bəxş edir”.