Bakıda konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan avtomobili idarə edərək sosial şəbəkədə paylaşan sürücü müəyyən olunub.
Ucnoqta.az DİN-ə istinadla xəbər verir ki, Binəqədidə “VAZ- 2107” markalı maşının sürücüsü V.Güləliyev saxlanılıb.
Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.