Ölkədə vəziyyət yenidən siyasi müstəviyə qayıdıb - Papuaşvili

11:44 - 13 Dekabr 2024 - Xəbər

 Gürcüstanda etirazlar dinc xarakter aldı və ölkədə vəziyyət yenidən siyasi müstəviyə keçdi.

Ucnoqta.az xəbər verir ki, bunu parlamentin spikeri Şalva Papuaşvili deyib.

“Son bir neçə gündə biz siyasi aktorların səfərbər etdiyi aqressiv qruplardan azad edilmiş dinc, bəlkə də, zəiflənmiş etiraz aksiyalarının şahidi olduq. Nümayişlərin bu modifikasiyası alqışlanmağa layiqdir və bu, ölkədəki cari proseslərin siyasi əsas cərəyana qayıtmasını əks etdirir”, - Papuaşvili brifinqdə bildirib.

Papuaşvili qeyd edib ki, ölkədə sabitliyi pozmaq istəyən qüvvələr hələ də var. Onun sözlərinə görə, ölkə hər şeyə rəğmən yaşamağa və seçdiyi yolla getməyə davam edir.

Xəbər xətti