Banqladeşdə denq qızdırmasından ölənlərin sayı yanvar ayından bu yana 541 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Asiya əyalətinin Səhiyyə Xidmətləri Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində Dəkkə şəhərinin beş sakini viral qızdırmadan dünyasını dəyişib, bütün ölkə üzrə 344 xəstə xəstəxanaya yerləşdirilib.
Xəstəxanalarda qızdırma əlamətləri olan 1840 xəstə müalicə olunur.
2024-cü il yanvarın 1-dən etibarən dəngə xəstəliyinə yoluxma hallarının sayı demək olar ki, 98 minə çatıb.