Tıxacda qalan teleaparıcı ətraf mühit fəallarına qarşı yanğınsöndürəndən istifadə edib

10:40 - 13 Dekabr 2024 - DÜNYA

 Polşalı teleaparıcı və model Mariana Şrayber Polşa paytaxtının əsas magistral yollarını bağlayan “Ostatnie pokolenie” təşkilatının ekoloji fəallarına qarşı yanğınsöndürəndən istifadə edib.

Ucnoqta.az xəbər verir ki, hadisə barədə Polsat telekanalı məlumat yayıb.

Məlumata görə, model çəkiliş qrupunun müşayiəti ilə Varşavanın Wilcza küçəsindəki ekoloji fəalların qərargahına gəlib və açılan zaman içəridə dayanan insanlara yanğınsöndürəndən gələn suyu çiləyib.

“Hər gün təcili yardım maşınlarının, həkimlərin gedişinə mane olan və bizi ölümə məhkum edən son nəsildən olan eko-terrorçularla belə davranmalıyıq. Nə qədər dözə bilərik?” - deyən Şrayber öz hərəkətlərini “etiraz forması” adlandırıb.

Bildirilir ki, daha əvvəl Şrayber öz avtomobili ilə Ostatnie pokolenie üzvləri tərəfindən Vislostrada şossesinin blokadasına düşüb və bir neçə saat tıxacda qalıb.

Xəbər xətti