İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında radikal HƏMAS hərəkatının silah istehsalı bölməsinə rəhbərlik edən yüksək rütbəli komandirinin ləğv edildiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, Qəzza şəhərində Əl-Hurriyə məktəbində yerləşən Həmas komandanlıq mərkəzinə endirilən zərbələr nəticəsində İsrail yaşayış məntəqələrinə hücumda iştirak edən 7 silahlı da daxil olmaqla komandir Əmmar Dalul öldürülüb.
Öldürülən terrorçular HƏMAS-ın Qəzza zolağında fəaliyyət göstərən İDF hərbçilərinə qarşı həyata keçirdiyi çoxsaylı hücumlara cavabdeh olan Zeytun batalyonunun bir hissəsidir.