Dekabrın 8-dən etibarən bağlı olan Suriyanın Dəməşq və Hələb şəhərlərinin hava limanları təyyarələrin qəbulu və yola salınması üçün fəaliyyətini bərpa edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə aviadispetçerlər tərəfindən yayılan xüsusi NOTAM mesajlarında deyilir.
Bildirilir ki, mülki aviasiya nəzarəti orqanının xüsusi icazəsi ilə həyata keçirilən uçuşlar istisna olmaqla, hava limanına/hava limanından bütün uçuşlar dayandırılıb.
Məhdudiyyət müddəti dekabrın 12-si Ümumdünya vaxtı ilə saat 20:00-dan dekabrın 18-i Ümumdünya vaxtı ilə saat 15:00-dək müəyyən edilib.