OpenAI ChatGPT üçün yeni funksiya təqdim etdi, onun köməyi ilə chatbot videonu təhlil edə və ona real vaxt rejimində cavab verə biləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
İndi chatbot smartfonun kamerası vasitəsilə obyektləri tanıya və ekranda baş verənlər haqqında səsli şərhlər verə bilər, məsələn, mesaja cavab verməkdə və ya qəhvə hazırlamaq üçün təlimat verməkdə.
Yeni funksiya pullu ChatGPT Plus və Pro abunəçilərinin istifadəçiləri üçün dekabrın 12-də, korporativ və təhsil müştəriləri üçün isə yanvarda əlçatan olacaq.