Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili təyin edilib

00:25 - 13 Dekabr 2024 - DÜNYA

Türkiyə Dəməşqdəki səfirliyinə müvəqqəti işlər vəkili təyin edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TRT telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Diplomatik missiyanın rəhbəri vəzifəsini Nuakşotdakı səfir Burhan Koroğlu təyin edib. Xarici işlər naziri Hakan Fidan diplomatın təyinatını açıqlayıb.

Türkiyənin Dəməşqdəki səfirliyi 2012-ci ilin martından fəaliyyət göstərmir.

Xəbər xətti