Belarus prezidenti Aleksandr Lukaşenko hərbçilərə respublikada Rusiyanın “Oreşnik” raket sisteminin yerləşdirilməsini təmin etməyi və ondan mümkün istifadəni planlaşdırmağı tapşırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə Silahlı Qüvvələrin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini Pavel Muraveyko bildirib.
"Yalnız bir göstəriş var - ərazimizdə "Oreşnik"in yerləşdirilməsini təmin etmək və istifadəsini səriştəli şəkildə planlaşdırmaq" - Muraveyko deyib.
Belarusa nə qədər belə komplekslərin təhvil verilməsinin planlaşdırıldığı ilə bağlı sualı cavablandıran o, “bunu ancaq Rusiya prezidentinin bildiyini” deyib.