Həbsxanada olan keçmiş müdafiə naziri intihara cəhd edib

07:46 - 11 Dekabr 2024 - DÜNYA

Koreya Respublikasının keçmiş müdafiə naziri Kim Yon Hyun həbsxanada olarkən intihara cəhd edib.

Ucnoqta.az xəbər verir ki, Yonhap xəbər agentliyinin verdiyi məlumata görə, onun səhhəti hazırda normaldır.

Kim Yon Hyun hərbi vəziyyətin tətbiqi planının əsas iştirakçılarından biri hesab olunur.

Parlamentdə keçirilən dinləmələrdə Ədliyyə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib ki, təcridxananın əməkdaşı çərşənbə axşamı gecə yarısına az qalmış Kim Yon Hyunun hərəkətlərini görüb.

KİV-in məlumatına görə, Kim Yon Hyun hərbi vəziyyətin tətbiqinə faktiki nəzarəti həyata keçirib.

Ordunun xüsusi təyinatlıları komandirinin sözlərinə görə, xüsusən də müdafiə idarəsinin keçmiş rəisi deputatların parlamentdən çıxarılması üçün hərbçilərə göstəriş verib. Keçmiş nazir konstitusiya quruluşunu devirmək üçün üsyanda şübhəli bilinir. Bu əməllər ömürlük həbs və ya ölüm cəzasına qədər çox sərt şəkildə cəzalandırılır.

Xəbər xətti