ABŞ hələ ki, Dəməşqdə səfirlik açmaq niyyətində deyil

00:16 - 11 Dekabr 2024 - DÜNYA

ABŞ Suriyanın yeni hakimiyyət orqanlarından ilk addımları gözlədiyi üçün Dəməşqdəki səfirliyini hələlik yenidən açmaq niyyətində deyil.

Ucnoqta.az xəbər verir ki, bunu brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

Onun sözlərinə görə, Vaşinqton Suriyanın yeni hakimiyyət orqanlarının ilk hərəkətlərini izləyir.
“Biz Suriyanın yeni hökumətinin atmasını istədiyimiz addımları aydın şəkildə qeyd etmişik. Biz bunu edəcək Suriya hökumətini tanımağa hazırıq. Səfirliyin açılması belə bir tanınmadan sonra olacaq”.

Miller xatırladıb ki, bu addımlar artıq ABŞ-ın dövlət katibi Antoni Blinken tərəfindən elan edilib.

Xəbər xətti