Qızılın qiyməti 2,7 min dolları ötüb

16:20 - 10 Dekabr 2024 - İQTİSADİYYAT

Qızıl fyuçerslərinin dəyəri noyabrın 25-dən bəri ilk dəfə bir troya unsiyası üçün 2,7 min dolları ötüb.

Ucnoqta.az xəbər verir ki, ticarət platformasının məlumatlarına əsasən, Comex birjasında 2024-cü ilin fevral ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti noyabrın 25-dən bəri ilk dəfə olaraq 1 troya unsiyası üçün 2700 dolları ötüb.

Qızılın qiyməti bir unsiya üçün 2700,7 dollara qədər (+0,55%) artıb.

Xəbər xətti