Beyin qanaması səbəbindən xəstəxanaya yerləşdirilən Luiz İnasio Lula da Silvanın müvəqqəti dövlət başçısı vəzifəsini Braziliyanın vitse-prezidenti Geraldo Alkmin icra edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli “Globo” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, vitse-prezident bu gün Braziliyada Slovakiyanın baş naziri Robert Fiko ilə görüşdə Lula da Silvanı təmsil edəcək.
Vitse-prezident Slovakiya nümayəndə heyəti ilə danışıqlar zamanı artıq Braziliyanın paytaxtına uçub, ən azı beş birgə tədbir, o cümlədən mətbuata açıqlamalar planlaşdırılır.