"2025-ci ildə 5 ədəd olmaqla Xankəndi şəhəri və Ağdərə rayonlarında avtomat meteoroloji stansiyaların quraşdırılması nəzərdə tutulur".
APA xəbər verir ki, bunu ETSN-in şöbə müdiri Kənan Kərimli ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 avtomat hidroloji, eləcə də bu ərazilərdə hidrometeoroloji vəziyyətin öyrənilməsi üçün 5 avtomat meteoroloji stansiya quraşdırılaraq isifadəyə verilib:
"Həmçinin Xankəndi şəhəri ərazisində 1 dəst, Laçın rayonunun Güləbird kəndi ərazisində 1 dəst və Xocalı şəhəri yaxınlığında 1 dəst olmaqla, 3 avtomat aqrometeoroloji stansiya quraşdırılaraq işə salınıb".