Bəşər Əsəd şəxsən vəzifəsindən istefa vermək qərarına gəlib - Peskov

13:32 - 10 Dekabr 2024 - DÜNYA

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd vəzifəsindən getməyə şəxsən qərar verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kreml təmsilçisindən Əsədin Moskvaya getməsində Rusiya Federasiyasının hansı rol oynadığı və onun gedişində iştirak edib-etmədiyi soruşulub.
“Dövlət başçısının vəzifələrini yerinə yetirmək prosesindən geri çəkilmək Əsədin şəxsi qərarı idi”, - deyə Peskov cavab verib.

Xəbər xətti