Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə Suriyadakı vəziyyəti müzakirə edib və Ankaranın ölkənin terrordan azad edilməsinə yardım etməyə hazır olduğunu bəyan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisinin açıqlamasında deyilir.
“Prezidentimiz NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb. Suriyada baş verən son hadisələr müzakirə olunub. Ərdoğan bildirib ki, Türkiyə bu ölkədə vətəndaş müharibəsinin başladığı ilk gündən Suriyanın ərazi bütövlüyünü və sabitliyini qorumağa sadiqdir”, – açıqlamada deyilir.
Ərdoğanın sözlərinə görə, “Suriya Suriya xalqı tərəfindən idarə olunmalıdır”. O bildirib ki, Türkiyə terrorizmdən azad vahid Suriya qurmaq üçün əlindən gələni edəcək. O, Türkiyənin bununla bağlı bütün səylərini göstərməyə davam edəcəyini bildirib”, - mətndə qeyd edilir.