Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 800 mini ötüb

12:52 - 10 Dekabr 2024 - Xəbər

1 dekabr 2024-cü il tarixinə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 5,2% artaraq 800,9 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 13,9% artaraq 52 min təşkil edib.

Bu barədə Ucnoqta.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, cari ilin dekabr ayının 1-nə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,5% artıb və 215,7 min olub.

Xəbər xətti