Dünya Bankı (DB) səhiyyə sisteminin inkişafı üçün Kiyevə 454 milyon dollar göndərəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz Telegram kanalında məlumat verib.
Qeyd edilir ki, dəstək Ukraynanın səhiyyə sistemində islahatların aparılmasına və onun səmərəliliyinin gücləndirilməsinə kömək etmək məqsədi daşıyan THRIVE layihəsi çərçivəsində veriləcək.
Maliyyələşdirmə Yaponiya Hökuməti, Dünya Bankı və Ukraynaya Yardım, Bərpa, Yenidənqurma və İslahat Etimad Fondunun qrantından gəlir.