Qırğızıstan Xarici İşlər Nazirliyi soydaşlarına Suriya ərazisini tərk etməyi tövsiyə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumatda qqeyd olunur ki, vəziyyət sabitləşənə qədər Suriya Ərəb Respublikası ərazisini tərk etmək tövsiyə edilir.
Eyni zamanda, Qırğızıstan tərəfi Suriyadakı vəziyyəti diqqətlə izləməkdə davam edir.
Xarici İşlər Nazirliyi Suriya ərazisində yerləşən Qırğızıstan vətəndaşlarına istənilən vaxt yardım göstərməyə hazır olduqlarını bildirib.