Tozcuqlar qəzalara səbəb olur - Maraqlı araşdırma

06:02 - 10 Dekabr 2024 - Cəmiyyət

Yeni tədqiqat nəticələri hər kəsi təəccübləndirir.

Ucnoqta.az xəbər verir ki, ABŞ-ın “Wayne State” Universitetinin araşdırmasına görə, tozcuqların miqdarının artması qəzaları artırır.
Tozcuqların allergiyaya səbəb olan daha bir zərəri üzə çıxıb. Araşdırma nəticəsində məlum olub ki, tozcuqlar qəzaları artırır.

Elm adamları tozcuq səviyyəsinin artdığı günlərdə ölümlə nəticələnən yol qəzalarının 6 faiz artdığını aşkar ediblər.
Araşdırmaya görə, çiçəklərdən, otlardan və ağaclardan havaya atılan polen miqdarının hər 1 faiz artması ilə qəzaların sayı 2 faiz artıb.
Tozcuqların bəzi insanların zehnini zəiflətdiyi məlum olub.

Xəbər xətti