İsrail və Suriya arasındakı mübahisəli Colan təpələri

23:20 - 9 Dekabr 2024 - DÜNYA

Colan təpələri əbədi olaraq İsrailin ayrılmaz hissəsi olaraq qalacaq

Ucnoqta.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

Colan təpələri İsrail və Suriya sərhədində yerləşən dağ yaylasıdır. Onun böyük hissəsi - üçdə ikisi - 1967-ci ildən bəri İsrail qoşunları tərəfindən idarə olunur.

İsrail və Suriya bir-birinə qarşı müdafiə məqsədləri üçün Colan təpələrinə ehtiyac duyurlar. Kim onlara nəzarət edirsə, mümkün müharibədə üstünlüyə malikdir. İsrailin şirin su ilə təminatı isə onlardan asılıdır.

2019-cu ildə İsrailin nəzarətində olan Colan Təpələri ərazilərində əhalinin ümumi sayı təxminən 40 min nəfər olub. Bunların təxminən yarısı etnik yəhudilərdir.

Xəbər xətti