İsrail qüvvələrinin əməliyyatları nəticəsində son 24 saat ərzində blokada altında olan Qəzza zolağında azı 50 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi bu barədə öz Telegram kanalında məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində İsrailin sektoru atəşə tutması və bombalaması nəticəsində 50 fələstinli həlak olub, 84 nəfər yaralanıb.
Səhiyyə Nazirliyi əlavə edib ki, İsrailin anklavda hərbi əməliyyatlara başlamasından bəri ümumi itki sayı 44 758 nəfərə, yaralıların sayı isə 106 134 nəfərə çatıb.