Kanlaon vulkanı 3 km hündürlüyə kül və tüstü sütununu atıb

15:17 - 9 Dekabr 2024 - DÜNYA

Filippin vulkanı Neqros adasında yerləşən Kanlaon vulkanı kül və tüstüdən ibarət sütunu havalandırma kanalının üstündən 3 km hündürlüyə atıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Filippinin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

Bildirilir ki, yerli hakimiyyət orqanlarına vulkanın zirvəsindən 6 km radiusda olan insanları təxliyə etmək və əlavə təxliyələrə hazır olmaq tövsiyə olunur.

Aktiv Kanlaon vulkanı milli parkın daxilində yerləşir və Negros adasında turistik yerdir. Vulkanın hündürlüyü 2,4 min metrdən çoxdur, əsasının diametri 30 km-dir. O, sonuncu dəfə bu ilin iyununda və həmçinin 2017-ci ildə püskürüb.

Xəbər xətti