Minanın başını keçəl qırxdılar

12:43 - 9 Dekabr 2024 - MAQAZİN

Mina Hüseyn illər əvvəl başına gələn hadisənin pərdəarxası məqamlarından söz açıb.

Ucnoqta.az olay-a isdtinadla xəbər verir ki, “Ağabəyovlar” serialına çəkildiyinə görə müğənni saçlarını 4 dəfə keçəl qırxdırmağa məcbur olub:

“Bəli, bu doğru xəbərdir. Saçlarımı “Ağabəyovlar” serialına görə qırxmışdım. O zamanlar həmin serialı keçmiş “ANS” telekanalı çəkirdi. Məhz o serial üçün mən 4 dəfə saçımı dibindən tamamilə qırxmışdılar. Bu çox maraqlı mövzudur və indiyə kimi bu haqda heç yerdə ve heç zaman danışmamışam. Saçımı qırxdırandan sonra başıma şal atıb, gəzirdim. Amma bunu görəndə şalı başımdan çıxarırdılar. Deyirdilər ki, olmaz, sən komplekssiz gəzməlisən, çünki sən aktrisa və müğənnisən”. 

Xəbər xətti