10 sığorta agentinin lisenziyası ləğv edildi

12:07 - 9 Dekabr 2024 - İQTİSADİYYAT

Mərkəzi Bank 2 hüquqi şəxsə və 5 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalarını ləğv edib.

Bu barədə Ucnoqta.Az tənzimləyici quruma istinadən xəbər verir.

Bildirilib ki, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 107.1.2-ci maddəsinə müvafiq olaraq, lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 noyabr 2024-cü il tarixli Qərarına əsasən 2 (iki) hüquqi şəxsə və 5 (beş) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin həmin tarixli Qərarı ilə Qanunun 107.1.3-cü maddəsinə əsasən, 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq, 3 (üç) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.2-ci və 107.1.3-cü maddələrinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin siyahısı:

Xəbər xətti