Dekabrın 9-na keçən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Rusiyanın üç regionu üzərində Ukrayna Silahlı Qüvvələrinin 13 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, səkkiz pilotsuz təyyarə Belqorod vilayəti, üçü Rostov vilayəti, ikisi isə Həştərxan vilayəti üzərində vurulub.