ABŞ ordusu Suriyada 75-dən çox hədəfə, o cümlədən İŞİD terror təşkilatının düşərgələri və yaraqlılarına bir neçə onlarla hava zərbəsi endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X-də məlumat yayıb.
Əməliyyat zamanı B-52 strateji bombardmançı təyyarələr, F-15 və A-10 təyyarələri ilə 75-dən çox hədəf vurulub.