Koreya prezidenti daxili işlər nazirinin istefasını qəbul edib

12:57 - 8 Dekabr 2024 - HADİSƏ

Cənubi Koreya prezidenti Yon Sok Yeol daxili işlər naziri Li Sanq Minin istefasını qəbul edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə nazirlik saytında məlumat yayıb.

"Dekabrın 8-də daxili işlər naziri Li Sanq Minin istefası qəbul edildikdən sonra daxili işlər nazirinin müavini Ko Gi-donq departamentlərin, büroların və tabeli təşkilatların direktorlarının iştirakı ilə fövqəladə kadr iclası keçirib, cari məsələləri nəzərdən keçirib". nazirliyin açıqlamasında deyilir

Xəbər xətti