Suriya baş naziri hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu bildirib

08:34 - 8 Dekabr 2024 - DÜNYA

Suriyanın hazırkı hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali Suriya silahlılarının Dəməşqə daxil olmasından sonra respublikada hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, Baş nazirin videomüraciəti Facebook sosial şəbəkəsində yayımlanıb

“Vətənimizin bir hissəsi olan heç kimə zərər verməyəcəklərini təsdiqləyən rəqiblərə əlimizi uzadırıq 

Biz onlarla elə işləməyə hazırıq ki, onlara hər cür köməklik göstərək və dövlət obyektlərinin təhlükəsizliyini təmin edərkən dövlət işlərini tədricən təhvil verək”.

Baş nazir Dəməşqi tərk etməyəcəyini də bildirib, dövlət qurumlarının qorunub saxlanmasına çağırıb.

O, respublikada baş verən hadisələr fonunda dövlət qurumlarının fəaliyyətinin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir.

Xəbər xətti