Tbilisidə hökumət əleyhinə növbəti mitinq başlayıb

21:12 - 6 Dekabr 2024 - DÜNYA

Artıq 9-cu gündür ki, Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binası qarşısında etirazlar keçirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rustaveli prospektində yenidən bir neçə min insan toplaşıb, avtomobillərin hərəkəti dayandırılıb.

Mitinq ötən iki gündə olduğu kimi dinc şəraitdə keçirilir, etirazçılar parlament binası yaxınlığında səfərbər olan təhlükəsizlik qüvvələrini təxribat etmirlər.
 Eyni zamanda, pirotexniki vasitələrdən istifadə edilməməsi və ya etirazçıların hasara hücum cəhdinin qarşısını almaq üçün qanunverici orqanın fasadının sütunları arxasında xüsusi təyinatlılar hələ də növbə çəkir.

Xəbər xətti