Neftin qiyməti 71 dollardan aşağı düşüb

19:21 - 6 Dekabr 2024 - İQTİSADİYYAT

Londonun ICE birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 2024-cü il noyabrın 18-dən bəri ilk dəfə bir barel üçün 71 dollardan aşağı düşüb.

Ucnoqta.az xəbər verir ki, birja məlumatlarına əsasən, Brent markalı neftin qiyməti 1,62% azalaraq 70,92 dollar/barelə bərabər olub.

Eyni zamanda, WTI markalı xam neftin yanvar fyuçersləri 1,73% azalaraq bir barel üçün 67,12 dollar olub.

Xəbər xətti