Londonun ICE birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 2024-cü il noyabrın 18-dən bəri ilk dəfə bir barel üçün 71 dollardan aşağı düşüb.
Ucnoqta.az xəbər verir ki, birja məlumatlarına əsasən, Brent markalı neftin qiyməti 1,62% azalaraq 70,92 dollar/barelə bərabər olub.
Eyni zamanda, WTI markalı xam neftin yanvar fyuçersləri 1,73% azalaraq bir barel üçün 67,12 dollar olub.