Sənubər Nəzərova ADY-dən ayrıldı

16:37 - 6 Dekabr 2024 - Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova yeni karyera mərhələsinə başlamaq üçün dekabrın 6-dan etibarən vəzifəsindən ayrılır.

Bu barədə ADY-dən bildirilib.

"ADY-də çalışdığı iki il ərzində S. Nəzərova şirkətimizin tərəfdaşlar qarşısında yüksək səviyyədə təmsil olunmasında, ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulmasında böyük xidmətlər göstərib", - QSC qeyd edir.

Bildirilir ki, bundan sonra ADY-nin fəaliyyəti ilə bağlı sorğuları İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev cavablandıracaq.

Xəbər xətti