Ali Məhkəmənin hakimi təqaüdə göndərildi

15:29 - 6 Dekabr 2024 - Cəmiyyət

Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi İlqar Hüseynov təqaüdə göndərilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Ali Məhkəmədə tədbir keçirilib.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov İlqar Hüseynovun uzun illər məhkəmə sistemində çalışdığını, 2013-cü ildən isə Ali Məhkəmədə hakim kimi səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Sonda İlqar Hüseynova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.

Xəbər xətti